İtkin neftçilərin ailə üzvləri axtarışların sürətlənməsini istəyirlər

2015-ci ilin dekabrında Xəzərin  “Günəşli” yatağındakı 10 saylı platformada itkin düşən neftçilərin ailələri bu fün Fövqəladə Hallar Nazirliyinin qarşısına toplaşıblar. Neftçi ailələrinin məqsədi nazir Kəmaləddin Heydərovla görüşməkdir.
 
Belə ki, neftçilərin  ailə üzvləri tikin düşənlərin axtarışlarının intensiv aparılmamasından narazıdırlar və bu haqda nazir K.Heydərovu məlumatlandırmaq istəyirlər.
 
Ailə üzvləri fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevlə görüşüblər. “Bizə itkin neftçilərin axtarışlarının davam etdiyi və edəcəyi deyildi”, -   ailə üzvlərindən biri Esmira Əhmədova bildirib.
 
Onun sözlərinə görə, bu yaxınlarda FHN məsullarından birinin itkin neftçilərin axtarışlarının dayandırılması haqda açıqlaması bu  ailələrin  narahatlığına səbəb olub. E.Əhmədovanın dediklərinə görə, bu gün nazir müavini E.Mirzəyev axtarışların davam edəcəyini vəd edib.
 
Xatırladaq ki, 2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı platformada baş verən yanğın nəticəsində 34 nəfər xilas edilib. 7 nəfərin meyiti dərhal tapılıb, daha sonra 6 cəsəd aşkar edilib. Bu günlərdə isə daha bir meyit Xəzərin Neftçala rayonu sahillərində aşkar edilib. Hazırda 16 nəfərin axtarışı davam edir.
 
İtkin neftçilərin ailə üzvləri FHN-də görüşə qədər dəfələrlə Dövlət Neft Şirkətinin rəhbərliyi ilə görüşüblər,  axtarışların intensiv aparılmamasına etirazlarını bildiriblər.

Google+ WhatsApp ok.ru