Tokioda isti havadan ölənlərin sayı 150-yə yaxınlaşıb

Tokioda isti havadan ölənlərin sayı 150-yə yaxınlaşıb

Avqustun 13-dən 20-dək Yaponiyanın paytaxtı Tokioda müşahidə edilən isti havalar səbəbindən ən azı 17 nəfər ölüb, ayın əvvəlindən bu günə qədər ölənlərin sayı 148-ə çatıb.
 
Maide.Az Trend-ə istinadla xəbər verir ki, bu barədə Yaponiyanın İctimai Televiziyası bildirib.
 
Qeyd olunub ki, yeni ölüm halları 40-90 yaşlı insanlar arasında qeydə alınıb və rekord istinin qurbanlarının əksəriyyəti 70 yaşdan yuxarı insanlardır.
 
Keçən il ölkədə isti havadan 126 nəfər ölüb, 70 mindən çox insan xəsarət alıb.
 

Google+ WhatsApp ok.ru