Tokioda kosmik obyekti xatırladan stadion tikiləcək

Son illər bir-birindən maraqlı memarlıq nümunələri təqdim edən “Zaha Hadid Architects” şirkətinin layihəsi əsasında Tokio şəhərində Yaponiyanın yeni milli stadionu inşa olunacaq.
Yaponiyanın tanınmış memarlarından Tadao Ando və ölkənin idman sahəsinin mütəxəssisləri belə qənaətə gəliblər ki, məhz bu şirkətin layihələşdirdiyi stadion paytaxta layiqdir. Kosmik obyekti xatırladan stadion 80 min tamaşaçıya hesablanıb və kütləvi idman tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulur. Burada həmçinin qaçış və stolüstü tennis meydançaları fəaliyyət göstərəcək.
Stadionun tikintisi 2018-ci ildə başa çatdırılacaq. 2019-cu ildə isə stadionda reqbi üzrə dünya çempionatının təşkili planlaşdırılır. Eyni zamanda möhtəşəm idman obyekti FİFA tərəfindən futbol üzrə dünya çempionatının keçirilməsi üçün tövsiyə olunacaq.

Google+ WhatsApp ok.ru