Türkiyədə daha bir güclü zəlzələ 28 Yanvar 2020 16:11 Xəbərlər Bu gün Türkiyənin Manisa vilayətində 5.1 gücündə zəlzələ olub. Maide.Az xəbər verir ki, bu barədə Türkiyənin Kandilli Rəsədxanası məlumat yayıb. Bildirilir ki, yerli vaxtla 14:26-da qeydə alınan zəlzələ ətraf ərazilərdə - İzmir, Çanakkala, Aydın, Balıkesir, İstanbul şəhərlərində də hiss edilib. Əhalinin təşvişə düşdüyü deyilir. Dünən də Ankaranın Akyurd bölgəsində yerli vaxtla saat 13:51-də 3,9 bal gücündə zəlzələ olmuşdu. Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii hadisə nəticəsində ölənlərin sayı 41-ə çatıb. Teqlər : #Türkiyədə,#daha,#bir,#güclü,#zəlzələ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AŞPA-da siyasi məhbuslarla bağlı müzakirənin vaxtı dəyişdirilib ’Kanal 12‘ televiziyası bu gündən test yayımını başlayıb