U-17-lərin püşkü atıldı

Aprelin 8-də 17 yaşadək futbolçular arasında Azərbaycanda keçiriləcək Avropa çempionatının püşkatma mərasimi keçirilib.
 
Çempionatda 4 qrupda 16 komanda mübarizə aparacaq.
 
Azərbaycan ev sahibi olduğu üçün püşkə qatılmayıb və birbaşa A qrupunun 1-ci komandası olub.
 
Nəticələrə görə, Azərbaycan millisi Şotlandiya, Belçika və Portuqaliya ilə eyni qrupa düşüb.
 
Qrup mərhələsinin oyunları mayın 5-6, 8-9 və 11-12 tarixlərində keçiriləcək.
 
1/4 final və yarımfinal görüşləri mayın 14-15 və 18-də keçiriləcək.
 
Final görüşü isə mayın 21-də olacaq.azadliq /

Google+ WhatsApp ok.ru