`UAZ` zavodu Azərbaycana avtomobil ixracını artırmağı planlaşdırır 04 Mart 2017 02:00 İqtisadiyyat Cari il ərzində respublikamızla bununla bağlı sazişin imzalanması planlaşdırılır Ulyanovsk Avtomobil Zavodu ("UAZ") il ərzində xarici avtomobil bazarlarına 20 min avtomobil ixrac etməyi planlaşdırır. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə zavoddan məlumat verilib. Məlumata görə, "UAZ" zavodu yaxın iki ildə Latın Amerikasında, Yaxın Şərqdə və Cənub-Şərqi Asiyada əsas bazarları üçün rəsmi nümayəndəlik açacaq. "UAZ" zavodunun İxrac Departamentinin rəhbəri Andrey Doroveevin sözlərinə görə, şirkətin əsas hədəfi MDB, yaxın xarici ölkələrin bazarlarında satış həcminin bərpası, həm də yeni, uzaq bazarlara çıxmaqdan ibarətdir. Müəssisə eləcə də yeni maliyyə alətlərindən istifadə etməyi, dövlətlərarası kreditləşmə proqramı hazırlayaraq çoxlu müştərini və xarici distrübutorların pul təchizatını, yeni tərəfdaşları etməyi planlaşdırır. Xatırladaq ki, zavod 2016-cı il qışın əvvəlində Belarusun İnkişaf Bankı, "BelVEB" bankı, Xarici İnkişaf Bankı ilə əməkdaşlıq haqqında saziş bağlayıb. Zavod 2017-ci il ərzində Azərbaycan, Qazaxıstan və Qırğızıstanla da bu cür sazişin bağlanmasını planlaşdırır. / Teqlər : #`UAZ` zavodu Azərbaycana avtomobil ixracını artırmağı planlaşdırır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycandan İrana ilk sınaq qatarı gedib Qızıl 6 dollardan çox bahalaşıb