Ucarda təbii qaz təchizatında problem yaranıb 10 Noyabr 2016 02:00 Ölkə Ucarda təbii qaz təchizatında problem yaranıb. APA-nın yerli bürosunun sakinlərə istinadən verdiyi xəbərinə görə, bu gün səhər saatlarından Ucar rayonunun Lək kəndinə mavi yanacağın verilişi heç bir xəbərdarlıq olmadan dayandırılıb. Yerli qaz istismar sahəsindən verilən məlumata görə, təbii qazın təchizatında yaranmış problem kəndin girişində olan 159 mm-lik daşıyıcı qaz xəttində güclü sızmanın baş verməsidir. Bildirilib ki, istismar sahəsinin əməkdaşları əraziyə cəlb olunub. Hazırda təmir-bərpa işləri aparılır. / Teqlər : #Ucarda təbii qaz təchizatında problem yaranıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Pirşağı qəsəbəsindəki evlərin bir hissəsi sökülür – VİDEO Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb