UEFA: 9 nəfərlik `Qarabağ`dan `Zaltsburq`a şok (FOTO)

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxan "Qarabağ"ın "Zalsburq"u məğlub etməsi Avropa mətbuatının gündəminə düşüb.

ANS-in məlumatına görə, UEFA-nın rəsmi saytı təmsilçimizin qələbəsini "9 nəfərlik "Qarabağ"dan "Zaltsburq"a şok" başlığı ilə oxucularına çatdırıb. Yayımlanan xəbərdə "Qarabağ"ın inamlı qələbəsindən bəhs edilib:

"Azərbaycan çempionu doqquz nəfərlə qalmasına baxmayaraq, qonaq komandanı sarsıdıb. İndi klub "pley-off" mərhələsinə düşmək barəsində düşünə bilər"-deyə UEFA-nın xəbərində qeyd edilib.

"Qarabağ"ın qələbəsinə Türkiyə və Rusiya mətbuatında da yer verilib. Təmsilçimizin "Zalsburq"u məğlub etməsi Çempionlar Liqasının III təsnifat mərhələsinin süpriz nəticəsi olaraq göstərilib. 

Qeyd edək ki, "Qarabağ" klubu Bakıda baş tutan matçda "Zalsburq"u 2-1 hesabı ilə məğlub edib. Bu qələbə Azərbaycan tarixində bir ilkdir. Çempionlar Liqasının III təsnifat mərhələsində ilk dəfə bir Azərbaycan klubu oyundan qələbə ilə ayrılıb.







Google+ WhatsApp ok.ru