UEFA-ya yeni prezident seçildi 14 Sentyabr 2016 01:00 İdman UEFA-nın yeni prezidenti seçilib. Bu gün Yunanıstanın paytaxtı Afinada keçirilən Konqres çərçivəsində baş tutan seçkilərdə Sloveniya Futbol Federasiyasının prezidenti Aleksander Çeferin qalib gəlib. Çeferin 55 səsdən 45-ni toplayıb. Sloveniyalı UEFA-nın prezidenti postu uğrunda Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixael van Praqı qabaqlayıb. Xatırladaq ki, AFFA səsvermədə Çeferinə səs verəcəyini öncədən açıqlamışdı. Sloveniyalı qurumun tarixinə 7-ci prezident kimi düşüb. O, fransalı Mişel Platininin vəzifəsindən kənarlaşdırılmasından sonra boş qalan posta yiyələnib. (modern.az) / Teqlər : #UEFAya yeni prezident seçildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hicabla qadın Paralimpiyadada qızıl medal qazandı “Neftçi”nin baş məşqçisi istefaya göndərildi