UEFA azərbaycanlı hakim-inspektora təyinat verib

UEFA azərbaycanlı hakim-inspektora təyinat verib

Asim Xudiyev Latviyaya yollanacaq
  UEFA beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyevə təyinat verib. 
"Report"un məlumatına görə, A.Xudiyev Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Latviyaya yollanacaq.
O, "Spartak" və Belarus "Dinamo"su arasında keçiriləcək oyunun hakim-inspektoru olacaq.
Qeyd edək ki, oyun iyulun 7-də Yurmala şəhərindəki "Sloka" stadionunda keçiriləcək.

Google+ WhatsApp ok.ru