UEFA prezidenti: `Azərbaycanın avrokubok finalı keçirmə şansı var`

UEFA prezidenti: `Azərbaycanın avrokubok finalı keçirmə şansı var`

 
"Bu cür tədbirlərin keçirilməsi futbolun inkişafına böyük kömək göstərir. AVRO-2020-nin oyunları Bakıda da keçiriləcək. Azərbaycan da final mərhələsinə vəsiqə qazansa, yaxşı olar".
 
Bunu Bakıda səfərdə olan UEFA-nın yeni prezidenti Aleksandr Çeferin jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
 
O, AVRO-2020 üçün hazırlanan loqonu çox bəyəndiyini bildirib: "Loqonun arxasındakı ideya millətləri birləşdirir".
 
A.Çeferin Bakının futbol infrastrukturu barədə də fikirlərini bildirib: "24 saatdan azdır ki, Bakıdayam. Bakı Olimpiya Stadionunu kənardan görmüşəm. Gözəl görüntüsü var, çox gözəl stadiondur. Dünən "Qəbələ" - "Maynts" görüşünü izlədim. Həmin arena da gözəldir".
UEFA prezidenti Avropa kuboklarının final matçının Bakıda keçirilmə ehtimalından da danışıb. O bildirib ki, bunun üçün yerli assosiasiya tərəfindən müraciət olmalıdır: "Ən yaxşı təkliflər qəbul edilir. Bu məsələ UEFA tərəfindən geniş müzakirə olunur. Düşünürəm ki, Azərbaycanın da şansı var". (Report) /

Google+ WhatsApp ok.ru