UEFA prezidenti “Qəbələ” – “Mayns” oyununu izləyəcək

UEFA prezidenti “Qəbələ” – “Mayns” oyununu izləyəcək

  
UEFA prezidenti Aleksander Çeferin Avropa Liqasının “Qəbələ” – “Mayns” (Almaniya) oyununu izləyəcək. Verilən məlumata görə, sloveniyalı funksioner sentyabrın 29-da keçiriləcək C qrupunun oyununa 8-ci km qəsəbə stadionunda tamaşa edəcək.
 
AVRO-2020-nin 4 görüşünə ev sahibliyi edəcək Bakının loqosunun təqdimat mərasiminin qonağı olacaq Çeferin tədbirdən 1 gün əvvəlki matçı izləməyi lazın bilib. O, sentyabrın 30-da keçiriləcək təqdimat mərasimində iştirak üçün paytaxtımıza səfər edəcək. (apa) /
 
 

Google+ WhatsApp ok.ru