UEFA prezidenti seçkisinin vaxtı və yeri açıqlanıb

UEFA-ya yeni prezidenti seçkisinin vaxtı və yeri müəyyənləşib.

"Report"un məlumatına görə, bu barədə Avropa futbol qurumunun vitse-prezidenti Qriqori Surkis İcraiyyə Komitəsinin İsveçrənin Bazel şəhərindəki iclasından sonra açıqlama verib.
 
O bildirib ki, seçki sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada baş tutacaq. UEFA prezidenti vəzifəsinə namizədlər ərizələrini iyulun 20-dək təqdim etməlidirlər.
 
Qeyd edək ki, UEFA-nın əvvəlki prezidenti Mişel Platini korrupsiya ittihamı ilə əlaqədar fəaliyyətindən 4 il müddətinə kənarlaşdırılıb. O, qitə futbol qurumuna 2007-ci ildən başçılıq edirdi. /

Google+ WhatsApp ok.ru