Vərəmli xəstələrin ölüm göstəricisi 2 dəfə azalıb

Vərəmli xəstələrin ölüm göstəricisi 2 dəfə azalıb

"Vərəmin multirezident formasının qarşısını almağa çalışırıq”.
 
Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev AŞPA-nın Bakıda keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında deyib. Nazir müavini bildirib ki, Azərbaycan qlobal fondun təqdim etdiyi dərmanlar sayəsində vərəmin multirezident formasının müalicəsi sahəsində fəaliyyət həyata keçirir: “Bu məqsədlə ölkədə xüsusi diaspanser fəaliyyət göstərir. Həmçinin vərəmin aşkarlanması sahəsində nailiyyətlər artıb və xəstələrin ölüm göstəricisi 2 dəfə azalıb”. (apa) /

Google+ WhatsApp ok.ru