Valideyn qayğısından məhrum uşaqların sayı artıb

Valideyn qayğısından məhrum uşaqların sayı artıb

Bu il ərzində Azərbaycanda internat müəssisələrində təlim-tərbiyə alan valideynini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı 862 olub.
 
Maide.Az "Sputnik Azərbaycan"a istinadla xəbər verir ki, 2019-cu ilin əvvəlinədək olan məlumata əsasən, qeyd olunan rəqəmlər ötən ilin əvvəlinə aid rəqəmlərlə müqayisədə yüksək olub. Belə ki, ötən ilin əvvəlinə aid məlumata əsasən, internat müəssisələrində təlim-tərbiyə alan valideynini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı 737 olub. 2016-cı ildə isə bu rəqəm 602 olub.
 
Qeyd edək ki, cari ilə aid məlumata görə, internat müəssisələrində təlim-tərbiyə alan valideynini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların 86-sı uşaq evlərində, 28-i sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərində, 44-ü sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində, 704-ü isə ümumi təhsil internat məktəblərində təlim-tərbiyə alır.

Google+ WhatsApp ok.ru