Vaqif Dərgahlı: `Ermənilərin Tərtəri atəşə tutması nəticəsində 20 yaşayış evinə ziyan dəyib` 26 Aprel 2016 01:00 Qarabağ xəbərləri Hazırda cəbhənin Tərtər istiqamətində vəziyyət stabildir və Azərbaycan silahlı bölmələri əməliyyat şəraitinə nəzarət edir. Bu barədə APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib. O qeyd edib ki, ermənilər ötən gecə Tərtər şəhərini minaatanlardan və iri çaplı silahlardan atəşə tutublar. Nəticədə rayon ərazisində 20 yaşayış evinə ziyan dəyib. Ölən və yaralananlar yoxdur. V. Dərgahlı həmçinin qeyd edib ki, Azərbaycan silahlı bölmələri düşmənin atəş nöqtələrinə və hərbi obyektlərinə cavab zərbələri endirib. Teqlər : #Vaqif Dərgahlı: `Ermənilərin Tərtəri atəşə tutması nəticəsində 20 yaşayış evinə ziyan dəyib`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Cəbhədə gərgin gecə - RƏSMİ MƏLUMAT E.Məmmədyarov: «Azərbaycan danışıqlara hazırdır»
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni