Vağzalda iki yeraltı tunel inşa olunur

Qatardan düşən sərniçinlər birbaşa "28 May" metro stansiyasına çıxış əldə edə biləcəklər 
 
Bakı sərnişin vağzalı çox qısa müddət ərzində dünya standartları səviyyəsinə gətiriləcək. Burada müasir standartlara cavab verən kassaların, iaşə abyektlərin inşası planlaşdırılır. Eyni zamanda vağzalda "wi-fi" sistemi də istifadəyə veriləcək. Yəni sərnişinlərin rahatlığı üçün lazım olan bütün şərait yaradılacaq. "Azərbaycan Dəmir Yolları" Qapali Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov , vağzalın yenidən qurulmasi layihəsinin detallarını açıqlayıb.
 
Vağzalda iki yeraltı tunel də inşa olunur. Onlar vasitəsilə qatardan düşən sərniçinlər birbaşa "28 May" metro stansiyasına çıxış əldə edə biləcəklər. Bu da həm rahatlıq, həm də vaxta qənaət deməkdir.
 
Nadir Əzməmmədov Bakı - Sumqayıt sürət qatarının gediş haqqları ilə bağlı da yeni məlumat verib. Bildirib ki, təmsil etdiyi qurum, hazırda 30 qəpik civarında olan bu marşrutun gediş haqqının artırılması, təxminən 70 qəpiyə çatdırılması ilə bağlı müraciət hazırlayaraq, tarif şurasına təqdim etməyi planlaşdırır. Xezerxeber /

Google+ WhatsApp ok.ru