Venesuela neftin qiymətinin 27 dollaradək düşə biləcəyi barədə xəbərdarlıq edib 04 Yanvar 2016 02:00 İqtisadiyyat Karakas bütün müstəqil istehsalçıların iştirakı ilə OPEK ölkələrinin növbədənkənar sammitinin keçirilməsinə təşəbbüs göstərməyə çalışır. Bu barədə Venesuelanın neft naziri Euloxio del Pino "Telesur" telekanalına müsahibəsində bildirib. "Biz prezident Nikolas Maduro ilə birgə daima OPEK liderlərini və müstəqil istehsalçıları yanvarda təcili görüş keçirməyə təhrik etməyi müzakirə edirik", — deyə Euloxio del Pino bildirib. Onun fikrincə, ixracatçılar əlaqələndirilmiş tədbirlərdən imtina edəcəyi təqdirdə, neftin qiymətinin bir barel üçün hazırkı 27 dollar səviyyəsindən 10 dollar da aşağı düşməsi təhlükəsi var. "İstehsalçıların birgə hərəkət etməsi zəruridir. Bərpa olunmayan enerji mənbələrinin ədalətli qiymətini qorumaq lazımdır", — deyə venesuelalı nazir bildirib. Teqlər : #Venesuela neftin qiymətinin 27 dollaradək düşə biləcəyi barədə xəbərdarlıq edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru «Tək gömrükdə monopoliyanın götürülməsi ilə iş bitmir» Azərbaycanda istehsal olmasa, manatı saxlamaq mümkün olmayacaq