Vergilər Nazirliyi ilə bankirlər əmanətçilərin xeyrinə mühüm qərar verdilər 10 Yanvar 2015 02:00 İqtisadiyyat Bank əmanətləri üzrə əldə edilən gəlirlərin vergiyə cəlb olunması yalnız 2015-ci il yanvarın 1-dən sonra hesablanmış faizlərə tətbiq ediləcək Yanvarın 9-da Vergilər Nazirliyinin və ölkədə fəaliyyət göstərən bankların rəhbər vəzifəli şəxslərinin iştirakı ilə iclas keçirilib. Bu barədə Maide.az-a Vergilər Nazirliyindən məlumat verilib. Məlumata görə, iclasda vergilər nazirinin birinci müavini Natiq Əmirov banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərə gəlir vergisi üzrə güzəştlərin başa çatması və Milli Məclis tərəfindən qəbul edilmiş “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunla əlaqədar bu gəlirlərin vergiyə cəlb edilməsindəki dəyişikliklər barədə toplantı iştirakçılarına məlumat verib. Vergilər Nazirliyi və Mərkəzi Bank arasında aparılmış məsləhətləşmələrin nəticəsi olaraq bildirilib ki, bank əmanətləri üzrə əldə edilən gəlirlərinin vergiyə cəlb edilməsi müvafiq güzəşt edilən məbləğ (illik 500 manat) nəzərə alınmaqla 2015-ci ilin yanvarın 1-dən sonra hesablanmış faizlərə tətbiq ediləcək. N.Əmirov bunun balanslaşdırılmış bir qərar olduğunu bildirərək, bununla da, bank ictimaiyyətinin üzləşdiyi mühüm bir narahatlığın aradan qaldırıldığını qeyd edib. Toplantıda iştirak edən Mərkəzi Bankın baş direktoru Rəşad Orucov bank ictimaiyyətinin mövqeyinin nəzərə alınmasını müsbət dəyərləndirərək, bu qərarın ədalətli olduğunu qeyd edib. R. Orucov qəbul edilmiş qərarlar və əmanətlərin vergiyə cəlb edilməsi ilə əlaqədar məsələlərlə bağlı müştərilərin məlumatlandırılmasının zəruriliyini bank nümayəndələrinin nəzərinə çatdırıb. Toplantıda bank əmanətlərinin vergiyə cəlb edilməsində yaranan müxtəlif məsələlərlə bağlı bankların səlahiyyətli nümayəndələrinin çoxsaylı sualları cavablandırıb. Teqlər : #Vergilər Nazirliyi ilə bankirlər əmanətçilərin xeyrinə mühüm qərar verdilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Brent neftinin bir barelinin qiyməti 50 dollar oldu Bu da neftin yeni qiyməti