Xəzər TV-də İslamazeri.az saytına qarşı qara piar

Xəzər TV-də İslamazeri.az saytına qarşı qara piar

Dünən yerli telekanalların birində İslamazeri.az saytına qarşı qara piar aparılıb.
 
Belə ki, Xəzər TV-də efirə gedən “Facebook”dan yalan məlumat yayanlara qarşı sanksiya" reportajında İslamazeri.az saytının  hakerlər tərəfindən ələ keçirilmiş "Facebook" səhifəsində paylaşılan məlumatı xəbərlər proqramında yayımlayıb. Efirdə yayımladıqları məlumat isə iki il bundan öncə sosial şəbəkədə paylaşılıb. Reportajda həm insanları aldatdığımızı, həm də küllü miqdarda pul qazandığımızı bildirirlər. Əvvəla xatırlatmaq yerinə düşər ki, Azərbaycanda istər daxili, istərsə də xarici xəbərlərdə oxucuların etimadını qazanan azsaylı KİV-də İslamazeri.az ön sıralarda yer tutur. Əlbətdə ki, bu da xəbərlərin doğru və qərəzsiz yayımlanması ilə əldə edilir. Efirə verdikləri "Metroda partlayış baş verdi" xəbərinin linkinə daxil olduqda məlumatda hər hansı bir yalan informasiyaya rast gəlinmir.  Partlayış faktını əks etdirən bir çox saytlarda bu məlumata rast gəlmək olar ki, biz yalnızca birini təqdim edirik. Xəbər "AZƏRTAC"  dövlət informasiya agentliyində də dərc olunub. (link: http://azertag.az/xeber/Qahirede_prezident_sarayinin_yaxinliginda_partlayis_olub-808505)
 
Halbuki adıçəkilən kanalın saytı başda olmaqla ölkənin əksər portallarında informasiya ilə xəbər başlığının uyğunlaşmadığı hamıya məlumdur. Həmçinin hamıya bu da məlumdur ki, belə hallar İslamazeri.az saytında baş vermir.
 
Ehtimal ki, kanal ötən günlərdə İslamazeri.az saytında Xəzər TV haqqında verilən "Hakerlər XəzərTV-nin saytını ələ keçirib bu cümlələri yazdılar" sərlövhəli yazıya "cavab" verib. Bundan əlavə, portalda "Tanınmış rejissor Natiq Axund: "Bu, mənə qarşı təxribatdır" başlıqlı xəbərdə adıçəkilən kanalın yanlış və qərəzli reportajı barədə məlumat dərc olunmuşdu.
 
Xatırladaq ki, Xəzər TV-nin dəfələrlə belə hallara yol verdiyini görmüşük. Hüquq müstəvisində belə qərəzli reportajların qarşısını almaq o qədər də çətin deyil. 
 
Qeyd edək ki, keçən il saytın hakerlər tərəfindən ələ keçirilmiş səhifəsində ara-sıra yanlış xəbərlər paylaşılır. Hazırda İslamazeri.az-ın yeni "Facebook" səhifəsi fəaliyyət göstərir. Yeni səhifənin ünvanı: https://www.facebook.com/islamazeri.az
 
Mövzuyla bağlı linkləri təqdim edirik:
 
 

Google+ WhatsApp ok.ru