Xəzəryanı dövlətlər yenə toplanır - SƏBƏB 06 Yanvar 2017 02:00 Ölkə Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupun növbəti iclasının yanvarın üçüncü ongünlüyündə keçirilməsi planlaşdırılır. Bu barədə diplomatik mənbəyə istinadən məlumat verilir. İclasın gündəliyində Konvensiya layihəsinin hazırlanması ilə bağlı bu günədək razılaşdırılmamış sualların müzakirəsi yer alıb. İlkin məlumata görə, iclas Aşqabadda keçirilə bilər. İclas çərçivəsində həmçinin, Xəzəryanı dövlətlərini XİN rəhbərlərinin növbəti iclasına hazırlıq məsələləri müzakirə olunacaq. Qeyd edək ki, daha əvvəl Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzərin statusu barədə Konvensiya ilə bağlı məsələlərin böyük əksəriyyətinin razılaşdırıldığını bildirmişdi. (Trend) Teqlər : #Xəzəryanı dövlətlər yenə toplanır SƏBƏB, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya hərbi qüvvələrinin bir hissəsini Suriyadan çıxarır Prezident Administrasiyası qarşısında zəncirli aksiya - VİDEO