Xəzəryanı ölkələr arasında turizm üzrə saziş imzalanacaq

Xəzəryanı ölkələr arasında turizm üzrə saziş imzalanacaq

“Tezliklə İranda Xəzəryanı ölkələr arasında turizm üzrə əməkdaşlığa dair saziş imzalanacaq”.
 
Maide.Az bildirir ki, bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm nazirinin müavini Vəli Teymuri deyib.
 
O bildirib ki, Xəzəryanı ölkələr tərəfindən turizm üzrə əməkdaşlığa dair saziş layihəsi hazırlanıb.
 
Nazir müavini qeyd edib ki, Xəzəryanı ölkələrin turizm sahəsinə məsul şəxslərinin iştirakı ilə İranın Gülüstan əyalətində görüş keçiriləcək və saziş imzalanacaq.
 

Google+ WhatsApp ok.ru