Xalid Bağırov: “Leyla Yunusun vəkilliyindən uzaqlaşdırlmağımla bağlı öz şübhələrim var”

“İstintaq orqanı mənə hələ də Leyla Yunusun vəkilliyindən uzaqlaşdırıldığım haqqında heç bir xəbərdarlıq etməyib. Amma Kürdəxanı Bakı İstintaq Təcridxanasında Leyla Yunusla görüşmək istəyərkən mənə bildirdilər ki, kənarlaşdırılmışam”. Bunları Deyerler.org-a vəkil Xalid Bağırov Leyla Yunusun vəkilliyindən uzaqlaşdırlması ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.
 
O qeyd edib ki, bu qərar verilibsə ilk olaraq və dərhal ona deyilməlidir: “Ümumiyyətlə əgər bir vəkil prosesdən kənarlaşdırılırsa, bu barədə qərar qəbul olunur. Bu kənarlaşdırma müəyyən əsaslara söykənir ki, bu əsaslar qanunda açıq şəkildə qeyd olunub. Biz də bu qərardan narazı qalırıqsa, şikayət etmək hüququmuz var. Bu qərarın səbəbi haqqında indidən bir şey demək istəmirəm. Bu qərarın rəsmi əsasların görməyənədək heç bir şey deyə bilmərəm. Mənim öz şübhələrim var. Bəlkə də müəyyən əsasları var. Amma doğrusu heç bir əsasın olduğunu düşünmürəm. Əslində bu qərar verilibsə ilk olaraq və dərhal mənə deyilməlidir. Əsaslar da təqdim olunmalıdır. Burada insanın müdafiə hüququndan söhbət gedir. Buna ötəri yanaşmaq olmaz”. /

Google+ WhatsApp ok.ru