Xaricdən qrant almaq Azərbaycan hökumətinin icazəsinə bağlandı 17 Oktyabr 2014 01:00 Ölkə Oktyabrın 17-də Milli Məclis qrant və QHT qanunlarına dəyişikliklər edib. Yeniliyə görə, xarici donor Azərbaycanda QHT-yə qrant vermək istəyirsə, Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir. Donor yalnız Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı ilə saziş əsasında qrant ayıra bilər. Həmçinin qrantın, ianələrin məbləği haqqında məlumat verilməlidir. Haqqında məlumat verilməyən qrantla bağlı bank əməliyyatları qadağandır. “Media forum” saytı bildirir ki, daha bir əlavəyə görə, dövlət büdcəsindən maliyyələşən qurumlar da donor qismində çıxış edə bilərlər./ Teqlər : #Xaricdən qrant almaq Azərbaycan hökumətinin icazəsinə bağlandı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycana gələn turistlərə şad xəbər 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür