Xarici sərmayə qoyuluşu azalıb

2016-cı ilin yanvar-fevral aylarında xarici müəssisə və təşkilatlar Azərbaycana 1 milyard 241.1 mln. manat vəsait qoyublar.
«Report» bu xəbəri Dövlət Statistika Komitəsinə istinadən yayıb.
 
Xəbərə görə, investisiyanın 629.4 mln. manatı yanvar, 611.7 mln. manatı isə fevral ayının payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu il yanvar ayında 2.8, fevralda isə 7.4 faiz azalma olduğu bildirilir.
 
Hesabata əsasən, sərmayənin 84.3 faizi Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya və İran şirkətlərinə məxsusdur. /
 

Google+ WhatsApp ok.ru