XİN: İran-Avropa əməkdaşlığında Bakının vacib rolu olacaq 22 İyul 2015 01:00 Ölkə Sanksiyalar ləğv edildikdən sonra İran qonşu ölkələrlə, xüsusilə də Azərbaycanla münasibətlərdə yeni səhifə açacaq. Bunu Trend-in sualını cavablandıran İran xarici işlər nazirinin müavini Abbas Əraqçi deyib. Onun sözlərinə görə, Bakı İran və Avropa arasında unikal mövqeyi və tranzit potensialı sayəsində sanksiyalar aradan qaldırıldıqdan sonra İranın Avropa ilə gələcək əməkdaşlığında xüsusi önəm kəsb edəcək. A.Əraqçı bildirib ki, İran və digər tərəfin Vyanada əldə edilmiş nüvə sazişinə yenidən baxmaq hüququ yoxdur: "ABŞ-dan fərqli olaraq İran Parlamentinin verdiyi qərarı heç kəs veto qoya bilməz. Əgər İranın Ali Təhlükəsizlik Şurası və ya parlamenti sazişi təsdiq etməsə, tərəflər danışıqlar prosesinə qayıtmaqla bağlı qərar qəbul edəcəklər". / Teqlər : #XİN: İranAvropa əməkdaşlığında Bakının vacib rolu olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda xəstə uşaqların sayı artır “Hələ bu milləti AZAL qədər `biletinə` dolayan olmamışdı”