Xoşbəxt Yusifzadə: `Bu gün neftin bir barelinin qiyməti 60 dollardır, bu, elə də kiçik rəqəm deyil`

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə dünya bazarlarında neftin qiymətlərinin azalmasına münasibət bildirib.
 
X. Yusifzadə deyib ki, 1994-cü ildə "Əsrin müqaviləsi" imzalananda neftin bir barelinin qiyməti 16 dollar olub: "Bir ara isə neftin qiyməti 16 dollardan 100 dollara qədər artdı. Neftin qiymətinin qalxan vaxtı varsa, düşən vaxtı da olacaq. Neftin qiyməti bir gün qalxır, bir gün düşür. Bu gün neftin bir barelinin qiyməti 60 dollardır, bu, elə də kiçik rəqəm deyil".
 
X. Yusifzadə əlavə edib ki, SOCAR müəyyən xərclərini azalda bilər. "Amma o quyular ki qalmalıdır, o işlər ki görülməlidir, onlar mütləq görüləcək. Bu layihələr dayandırılmayacaq".

Google+ WhatsApp ok.ru