Xocavənd rayonunun işğalından 28 il ötür 02 Oktyabr 2020 00:38 Qarabağ xəbərləri Xocavənd rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 28 il ötür. Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də işğal olunub. 1991-ci il oktyabrın 30-da rayonun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da Axullu kəndi işğal edilib. 1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndini işğal edərək, dinc sakinlərə qarşı soyqırımı aktı həyata keçiriblər. 800-dən çox əhalisi olan bu qədim Azərbaycan kəndinin 118 sakini əsir götürülüb, 33 nəfər isə güllələnib. Ermənilər öldürülən və yaralı halda olan kənd sakinlərini bir yerdə təsərrüfat quyusuna tökərək üzərini torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50-si böyük çətinliklərlə əsirlikdən azad edilib. Azad olunanların 5-i qadın olmaqla 18 nəfər aldığı sağalmaz yaralardan sonralar vəfat edib. Faciə nəticəsində iki ailənin hər birindən 4 nəfər, 6 ailənin hər birindən isə 2-3 nəfər öldürülüb. 43 ailə öz başçısını itirib, bir ailənin hər iki valideyni qətlə yetirilib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər – kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21-i ahıl və qoca, 10-u qadın, 8-i isə məktəbli olub. 1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli, avqustun 20-də Xətai kəndləri işğal edilərək yandırılıb. Öz ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 146 nəfər şəhid olub. Müharibədə rayon sakinlərindən 300 nəfərdən çoxu sağlamlığını itirərək əlil olub, 243 uşaq valideynlərindən birini, 3 uşaq hər iki valideynini, 68 qadın həyat yoldaşını itirib. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin 47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 59 mədəniyyət obyekti, 32 körpü, 42 su anbarı və 316 kilometr su kəməri talan edilərək dağıdılıb. Teqlər : #Xocavənd,#rayonunun,#işğalından,#ötür, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Düşmən Horadiz şəhərini atəşə tutub Müdafiə Nazirliyi: Madagiz ətrafındakı yüksəkliklər azad edilib Qarabağ xəbərləri Şəhid Kərbəlayi Zeynal Şahhüseynov böyük izdihamla dəfn edilib - FOTO / VIDEO 12 gün öncə komaya düşən qazimiz Zeynal Fizuli oğlu Şahhüseynov bu gün şəhid olub MN: Ermənilər Xocavənddə Azərbaycan Ordusuna hücum edib, 1 əsgər şəhid olub, 1-i yaralanıb I Qarabağ müharibəsində 3171 hərbçimiz, 719 mülki şəxsimiz İTKİN DÜŞÜB Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların yeni siyahısı İtaliya şirkəti ilə Kəlbəcər, Ağdam, Füzuli və Qubadlıya elektrik çəkilişi üzrə müqavilə bağlandı Vətən müharibəsində 42 tibb işçisi şəhid olub - RƏSMİ ‘Döyüş bölgəsindən 314 Azərbaycan hərbçisinin nəşi çıxarılıb’ Erməni əsirliyindən azad olunan hərbçilərin və mülkilərin adları - Fotolar 12 nəfər Azərbaycana, 44 nəfər Ermənistana döndü, Rüstəm Muradov İki hərbçimiz minaya düşdü - biri şəhid oldu Ermənilər Hadrutda terror aktları törətdi: Hərbçimiz yaralandı ‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib BMT missiyası Qarabağa GƏLİR Səfir XİN-ə çağırıldı, Fransaya nota verildi MN: 44 günlük müharibə ərzində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusu şəhid olub İtkin düşmüş hesab olunan hərbçilərlə bağlı - Açıqlama XİN Fransa deputatlarının Dağlıq Qarabağa səfər edəcəyi ilə bağlı məlumata münasibət bildirib Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub (VİDEO) İran Qarabağın bərpasında iştirak etməyə hazırdır - Vitse-prezident Ermənistanın dinc əhaliyə qarşı cinayətlərinin STATİSTİKASI Ermənistanın dinc əhaliyə qarşı cinayətlərinin STATİSTİKASI Ermənilər Ağdamdan çıxarkən bu məscidi də yandırıblar - Fotolar İran şirkətləri Qarabağın yenidən qurulmasında iştirak etməyə hazırdır Azərbaycan İran nüvə aliminə qarşı terroru pisləyib Erməni əsirliyində olan Aminin yeni fotosu yayıldı Azərbaycan Fransaya nota verib, səfir XİN-ə çağırılıb Fransa XİN: Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir Fransa Senatının qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur - Azərbaycan XİN Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub Putindən Qarabağla bağlı yeni açıqlama Şəhid polkovnik Babək Səmidli dəfn olunub (FOTO) Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub İranda Qarabağla bağlı beynəlxq konfrans Şəhid qanı - VİDEO Lavrov: Dağlıq Qarabağda Türkiyə sülhməramlıları olmayacaq Azərbaycan XİN Kanada Xarici İşlər nazirinə cavab verib Qarabağ və ətraf rayonlardakı 67 məscidin 63-ü tamamilə dağıdılıb 15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni 71 kənd, 1 qəsəbə 8 strateji yüksəklik azad olundu - TAM SİYAHI - YENİLƏNİB Azad olunmuş yaşayış məntəqələrimiz - 5 şəhər, 3 qəsəbə, 238 kənd - SİYAHI İran Azərbaycanı Şuşanın azad edilməsi münasibətilə təbrik etdi
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni