Xırdalan dairəsindəki tuneldə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq 01 Avqust 2018 01:00 Ölkə Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində (Sumqayıt istiqamətində) avqustun 1-dən avqustun 2-nə keçən gecə hərəkət məhdudlaşdırılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması bir-neçə saatlıq, daha dəqiqi gecə saat 00:00-dən səhər saat 05:00-ə kimi tətbiq ediləcək. Qeyd olunan saatlar ərzində hərəkət tunelin yan yoluna dairə istiqamətinə yönəldiləcək. Teqlər : #Xırdalan dairəsindəki tuneldə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avqust ayında ölkədə hava necə olacaq Bu sürücülər cərimələnəcək – Yol Polisindən XƏBƏRDARLIQ