Yanvarın 20-nə olan hava proqnozu açıqlanıb 19 Yanvar 2016 02:00 Ölkə Yanvarın 20-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 7-10, Bakıda gecə 5-7 isti, gündüz 8-10 dərəcə isti olacaq. Yanvarın 20-də Azərbaycanın bəzi rayonlarında yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 1-6 isti, gündüz 8-13 isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 2-7 şaxta, gündüz 3-6 isti olacağı gözlənilir. Teqlər : #Yanvarın 20nə olan hava proqnozu açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu mallar gömrükdən azad olunacaq - Siyahı Güclü külək cənub bölgəsində fəsadlar törədib