Yaponiyada naməlum şəxs 19 nəfəri bıçaqlayıb 28 May 2019 09:01 Ölkə Yaponiyanın Kavaski şəhərində naməlum şəxs bıçaqla avtobus gözləyən inlara hücum edib. Trend-in "NHK" telekanalına istinadən verdiyi məlumata görə, hücum nəticəsində azı 19 nəfər xəsarət alıb. Onlardan biri uşaq olmaqla 3-ü kliniki ölüm vəziyyətindədir. Bildirilir ki, yaralananların əksəriyyəti uşaqlardır. Hücum edən şəxs ölüb.Özünə bıçaq zərbəsi endirən silahlı kliniki ölüm vəziyyətində olub və özünə gəlmədən ölüb. Teqlər : #Yaponiyada,#naməlum,#şəxs,#nəfəri,#bıçaqlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanın milli bayramı - 28 May Respublika Günü Yol polisindən plyonka açıqlaması: Cərimə olmayacaq