Yaponyanın 50 illik xəyalı gerçək oldu

Yaponiyanın ən böyük holdinqlərindən olan "Mitsubishi" Yaponiyanın yerli sərnişin təyyarəsi xəyalını 50 il sonra yenidən həyata keçirib. 2008-ci ildə işlərinə başlanan və o dövrdə Türk Hava Yollarına da təklif edilən təyyarənin 1.7 milyard dollara hazırlandığı bildirilir.
 
Maide.az-ın məlumatına görə, ölkənin yüksək sürətli qatarı "Shinkansen"i hazırlayan mühəndislərin də dəstəyi ilə hazırlanan, ancaq bəzi dizayn problemlərinə görə 4 illik gecikən "MRJ" dünən böyük bir mərasimlə anqardan çıxarılıb.
 
Beynəlxalq sertifik almaq üçün 2017-ci ilə qədər test uçuşlarına başlayacaq təyyarəyə Yapon Hava Yolları və All Nippon Airways şirkətindən 300-ə yaxın sifariş var.
 
Təyyarə layihəsində nəhəng avtomobil istehsalçısı olan "Toyota"nın da 10 faizlik səhmi var. 

Google+ WhatsApp ok.ru