Yeddi Azərbaycan vətəndaşı Türkiyənin köməyi ilə Yəməndən çıxarılıb 06 Aprel 2015 01:00 Ölkə Yəmənin paytaxtı Sana şəhərindəki bütün azərbaycanlılar oradan çıxarılıb. Bu barədə APA-ya Azərbaycanın Yəməndə də akkreditə olunmuş Səudiyyə Ərəbistanındakı səfirliyinin 2-ci katibi, konsul Emil Qasımzadə məlumat verib. Konsul bildirib ki, sonuncu azərbaycanlıların Yəməndən çıxarılmasına Türkiyə dövləti kömək edib: “Dünən 7 nəfər azərbaycanlı Sana aeroportundan Türkiyə tərəfinin vasitəsilə təxliyyə olunub. Onlar təyyarə ilə birbaşa İstanbul şəhərinə uçublar. Hazırda Sana aeroportunda təxliyyə olunmağı gözləyən azərbaycanlı yoxdur”. Xatırladaq ki, aprelin 2-də iki Azərbaycan vətəndaşı Rusiyaya məxsus təyyarə ilə Yəməndən çıxarılıb. Teqlər : #Yeddi Azərbaycan vətəndaşı Türkiyənin köməyi ilə Yəməndən çıxarılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda anonim müalicə olunan narkomanların işi çətinləşdi “Gül bayramı” və şəhid ailələrinin sığorta haqqı