Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imzalar nə vaxt aktivləşəcək? 11 Fevral 2019 13:59 Ölkə Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının aktivləşdirilməsi yaxın zamanlarda başlayacaq. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bunu jurnalistlərə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. Nazir müavini bildirib ki, bu proses müəyyən prosedurların keçirilməsini tələb edir və hazırda bunun üzərində iş gedir: “Bu gün yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatları mövcuddur. Hazırda söhbət elektron imza sertifikatlarının aktivləşdiriməsindən gedir”. Sertifikatın qiymətinə gəldikdə isə, E.Vəlizadə bildirib ki, qiymət hələlik müəyyən edilməyib. Teqlər : #Yeni,#nəsil,#şəxsiyyət,#vəsiqələrində,#elektron,#imzalar,#nə,#vaxt,#aktivləşəcək?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb İran İslam İnqilabının 40-cı ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib