Yeni Tehran-Bakı reysi açılır

Yeni Tehran-Bakı reysi açılır

Bu il fevral ayından etibarən İranın "Mahan" aviaşirkəti Azərbaycana birbaşa uçuşlar təşkil edəcək.
 
Maide.Az xəbər verir ki, Trend-in verdiyi məlumata görə, şirkətin təşkil etdiyi Tehran-Bakı aviareysinin ilk sərnişinləri fevralın 1-də Bakı Hava Limanında yerli vaxtla saat 09:50-də olacaq.
 
Tehran-Bakı ikitərəfli reysinin açılış mərasimində İranın Azərbaycandakı səfiri və aviaşirkətin nümayəndələri iştirak edəcəklər.
 
Məlumata görə, reyslər çərşənbə və şənbə günləri daxil olmaqla, həftədə 2 dəfə, mart ayından başlayaraq isə cümə günü də daxil olmaqla, həftədə 3 dəfə həyata keçiriləcək.
 
Qeyd edək ki, hazırda İranın "ATA" aviaşirkəti Tehran-Bakı reyslərini həyata keçirir.

Google+ WhatsApp ok.ru