İş yerinə dair arayış əldə etmək asanlaşdı - VİDEO 05 Yanvar 2021 14:40 Ölkə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalı aktiv əmək müqaviləsi bildirişi olan hər kəsə işəgötürənə müraciət etmədən iş yerinə dair arayışı əldə etmək imkanı yaradır. Nazirlikdən verilən məlumata görə, prosedur çox sadədir: İlk növbədə e-sosial.az portalına daxil olur və qeydiyyatdan keçirsiniz. Daha sonra e-xidmətlər pəncərəsindən “İş yerinə dair arayış” bölməsini seçir və lazım olan məlumatları sistemə daxil edirsiniz. Beləliklə, istənilən vaxt daha asan, sürətli və rahat şəkildə həmin arayışı əldə edirsiniz. Ötən il e-sosial.az portalına iş yerinə dair arayış əldə edilməsi üçün 385 880 müraciət qeydə alınıb. Nazirliyin fəaliyyət sahələri üzrə elektron xidmətləri özündə cəmləşdirən e-sosial.az portalında həmçinin 30 e-arayış xidməti də əhalinin istifadəsindədir. “İş yerinə dair arayış” ilə bağlı ətraflı məlumat almaq üçün nazirlik tərəfindən hazırlanan video çarxı təqdim edirik. Teqlər : #İş,#yerinə,#dair,#arayış,#əldə,#etmək,#asanlaşdı,#VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yanvarın 6-da gözlənilən hava şəraiti açıqlanıb İyun ayına olan hava proqnozu