Yevlaxlı dindarlar cəbhə bölgəsinə yollanıb 08 Aprel 2016 01:00 Ölkə Təxminən 60-a yaxın dindar könüllü olaraq cəbhə bölgəsinə yollanıblar. Maide.az xəbər verir ki, bu barədə islamazeri.az-a yevlaxlı inanclılardan məlumat daxil olub. Məlumatda deyilir ki, cəbhə xəttinə gedən dindarlar cəbhədə olan igid Azərbaycan əsgərlərinə qoşularaq düşmənimiz, işğalçı ermənilərə qarşı döyüşmək istədiklərini həbçilərə bildiriblər. Lakin hərbi postda duran keşikçilər bildiriblər ki, buna hələ ki, ehtiyac yoxdur. Amma buna baxmayaraq, hərbçilər inanclıların bu addımını təqdirəlayiq hesab ediblər. Bildiriblər ki, Azərbaycan inanclılarından bu cür dəstək qürurvericidir və buna görə təşəkkürlərini bildiriblər. Teqlər : #Yevlaxlı dindarlar cəbhə bölgəsinə yollanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əliyevlə Medvedev görüşüb Hacıbala Abutalıbovun işində büdcə pozuntuları var