Yükdaşıma və sərnişindaşımada bahalaşma 16 Dekabr 2017 02:00 Ölkə -- sərnişindaşıma xidmətlərinin qiymətləri 2,2 faiz bahalaşıb 2017-ci ilin noyabr ayında nəqliyyat xidmətlərinin qiymətlərində əvvəlki ayla müqayisədə bahalaşma var. Dövlət Statistika Komitəsindən AzərTAC-a bildiriblər ki, oktyabr ayı ilə müqayisədə 1,1 faiz bahalaşma baş verib. Yükdaşıma xidmətlərinin qiymətlərinin 0,9, sərnişindaşıma xidmətlərinin qiymətlərinin isə 2,2 faiz bahalaşdığı qeyd edilir. Son bir ayda poçt, kuryer və rabitə xidmətlərinin qiymətlərində isə dəyişiklik müşahidə olunmadığı açıqlanıb. Teqlər : #Yükdaşıma və sərnişindaşımada bahalaşma, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İstirahət gününə olan hava proqnozu açıqlanıb Maide.az-ın kitabxanasına yeni kitablar yüklənib