Yol polisi: Artıq rayondan gələn avtomobillərin Bakıya girişinə məhdudiyyət qoyulmur 15 İyul 2015 01:00 Ölkə Artıq qeyri-Bakı dövlət qeydiyyat nişanlı avtomobillərin paytaxta buraxılmasına qadağa qoyulmur. Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Bölmə rəisinin sözlərinə görə, bununla bağlı rəsmi qərar olmasa da, iyun ayında birinci Avropa Oyunları ilə bağlı şəhərə qeyri-Bakı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin girişinə qoyulmuş qadağa faktiki olaraq artıq yoxdur. Ona görə də istər Sumqayıtdan, istərsə də bölgələrdən gələn avtomobillərin paytaxta girişinə məhdudiyyət qoyulmur. / Teqlər : #Yol polisi: Artıq rayondan gələn avtomobillərin Bakıya girişinə məhdudiyyət qoyulmur, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Məhkumu soyundurub videoya çəkib pul tələb etdilər Beş ayda 1156 əkiz doğuldu