Yunanıstanla bağlı razılaşma əldə olunmadı

Yunanıstanın mövcud xilasetmə paketinin müddətinin Fevralın sonunda başa çatması ilə əlaqədar Avropa Bölgəsinin maliyyə nazirləri Brüsseldə 6 saat davam edən görüş keçirib. Ancaq danışıqlarda Avro Bölgəsinin ən borclu ölkəsi üçün irəliyə doğru bir nəticə çıxmayıb. Bu vəziyyət, Yunanıstanın nağd pul sıxıntısından necə yayınacağına və 19 üzvlü valyuta birliyindən çıxıb-çıxmayacağına dair qeyri-müəyyənlik yaradıb.
“Euro Grubu”un Sədri və Hollandiyanın Maliyyə Naziri Jeroen Dijsselbloem, toplantının ardından mətbuata verdiyi açıqlamada, “Birgə yekun bəyannamə üzərində razılaşmamışıq”, -deyə bildirib. Dijsselbloem, vaxtı bu ayın sonunda başa çatacaq mövcud proqramın uzadılmasını müzakirə etdiklərini, lakin nəticəyə gələ bilmədiklərini söyləyib. Avro Bölgəsi hökumətləri Yunanıstanın xilasetmə paketinin gələcəyi ilə bağlı çətin qərarları gələn həftəyə (16 Fevralda) saxlayıblar. İlk “Euro Grub” toplantısına qatılan Yunanıstan Maliyyə Naziri Yanis Varoufakis isə jurnalistlərə verdiyi açıqlamada, “bir fəlakət” olan mövcud proqramı heç vaxt uzatmayacaqlarını deyib.

Google+ WhatsApp ok.ru