İyun ayında Azərbaycanın idxalı və ixracı azalıb

İyun ayında Azərbaycanın idxalı və ixracı azalıb

2017-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ticarət əməliyyatlarının həcmi 8 milyard 678 milyon 422  min ABŞ dolları təşkil edib.
 
Maide.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumta görə, ticarət əməliyyatlarının həcmi keçən ilin müvafiq dövrünə nisbətən 9.76% artmışdır.
 
İdxal əməliyyatları üzrə 3 milyard 409 milyon 673.65 min ABŞ dolları (keçən ilin müvafiq dövrünə nisbətən 15.72% azalmışdır), ixrac əməliyyatları üzrə 5 milyard 268 milyon 749.15 min ABŞ dolları (keçən ilin müvafiq dövrünə nisbətən 36.45 % artmışdır) dövriyyə qeydə alınıb.
 
Birinci yarımildə saldo müsbət 1 milyard  859  milyon 75.5 min dollar olub.         
 
İyunda ixrac 818 milyon 664.53 dollar, idxal 593 milyon 158.82 dollar, saldo isə 225 milyon 505.71 dollar olub. Mayda ixrac 902 milyon 694 min dollar, idxal isə 651 milyon 827.3 min dollar, saldo 250 milyon 866 min dollar olmuşdu. Beləliklə, iyunda idxal və ixrac may ayı ilə müqayisədə azalıb. /

Google+ WhatsApp ok.ru