Zəlzələ baş verən ərazilərin avtomobil yollarında çatlar və sürüşmələr qeydə alınıb (FOTO) 07 Fevral 2019 11:21 Ölkə Zəlzələ baş verən ərazilərin avtomobil yollarında çatlar yaranıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib. Məlumata görə, fevral ayının 5-də gecə saatlarında Şamaxı və İsmayıllı rayonlarında baş vermiş zəlzələ nəticəsində avtomobil yollarının bəzi hissələrində yolların eni və uzunu boyu çatlar əmələ gəlib, sürüşmələr qeydə alınıb. A.Nəcəfli bildirib ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-120-ci km-lik hisəsində 1-3 sm enində 5 yerdə çatlar yaranıb, Şamaxı-Pirqulu-Dəmirçi və Çuxuryurd-Qızmeydan-Pirbəyli avtomobil yollarında çatlar və sürüşmələr qeydə alınıb. Çatlar İsmayıllı-Muğanlı avtomobil yolunda da müşahidə olunur. Sözügedən yollarda hazırda ciddi problem müşahidə olunmur və avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətində hər-hansı bir məhdudiyyət yoxdur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən yollara baxış keçirilir, yollara dəymiş ziyan aktlaşdırılır. Teqlər : #Zəlzələ,#baş,#verən,#ərazilərin,#avtomobil,#yollarında,#çatlar,#və,#sürüşmələr,#qeydə,#alınıb,#(FOTO), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ‘Iran Air’ Tehran-Bakı aviareysini ləğv edib Sabahın hava proqnozu açıqlanıb - XƏBƏRDARLIQ