Özbəkistan polisi İran millisinin baş məşqçisi və futbolçularını saxladı 07 Oktyabr 2016 01:00 İdman Dünən dünya çempionatı oyunlarının seçmə mərhələsinin növbəti turunda İran millisi Özbəkisatanla qarşılaşıb. Maide.Az İran KİV-lərinə istinadən xəbər verir ki, oyun İranın 1-0 hesablı qalibiyyəti ilə tamamlanıb. İran millisi görüşdən sonra geri qayıdarkən hava limanında xoşagəlməz hadisə ilə qaşılaşıb. Beləki, Özbəkistan polisi İran millisinin məşqçisi Karlos Karluş Keyroş və futbolçuları Daşkənd aeroportunda saxlayıb. İran millisi bu gün səhərə yaxın Tehranda olmalıydı, amma özbək polisinin onları hava limanında saxlamasına görə hələki uçuş gerçəkləşməyib. Onların hansı səbəbdən saxlanılması barədə məlumat verilməyib. Qeyd edək ki, İran millisi növbəti oyununu Cənubi Koreya ilə keçirəcək. Teqlər : #Özbəkistan polisi İran millisinin baş məşqçisi və futbolçularını saxladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünya çempionatının seçmə qrup mərhələsinin II turunun oyunları keçirilib Dünya çempionatının seçmə mərhələsində daha 9 oyun keçiriləcək