Üzeyir Cəfərov: “Yeni ABŞ prezidenti Qarabağla bağlı narahatlığımı artırdı”

Üzeyir Cəfərov: “Yeni ABŞ prezidenti Qarabağla bağlı narahatlığımı artırdı”

ABŞ-da prezident seçiklərinin ilkin nəticələri məlum olub. Respublikaçılar Partiyasının namizədi Donald Tramp ABŞ-ın yeni prezidenti seçilib. Demokratlar Partiyasının namizədi Hillari Klintonu məğlub edən D. Tramp ABŞ-ın 45-ci prezidenti olur.
 
Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, ABŞ-ın indi seçilən prezidenti, müddətini tam olaraq icra etməsi mümkün olmayacaq: “Kimin prezident seçilməyindən asılı olmayaraq ABŞ-da oturuşmuş bir sistem var. ABŞ-ın rəhbər şəxsləri həmin sistemi idarə etməklə məşğuldurlar. Onların sistemi tam olaraq dəyişib, öz istəklərinə uyğun qurması ciddi problemli məsələdir. 200 illik dövlətçilik tarixi olan Amerikada bütün mexanizmlər işlək vəziyyətdədir. İndi seçilən prezidentin də, prezidentlik müddətini tam olaraq icra etməsi mümkün olmayacaq. Bu cür qeyri-ciddi şəxsin amerikalılar tərəfindən sona qədər həzm ediləcəyinə şübhə ilə yanaşıram.
 
Yeni ABŞ prezidenti Dağlıq Qarabağla bağlı narahatlığımı daha da artırdı. H.Klinton uzun zaman ABŞ siyasətində olub və regiona nisbətən diqqətli münasibət sərgiləyirdi. Amma Tramp elə bir şəxsdir ki, ondan istənilən addımı gözləmək olar. Tramp Ermənistanın ABŞ lobbisinin köməkliyi ilə Dağlıq Qarabağla bağlı istənilən fikri səsləndirə bilər. Bu baxımdan hesab edirəm ki, Trampın ABŞ prezidenti seçilməsi Dağlıq Qarabağ mövzusunda Azərbaycanın xeyrinə nələrinsə dəyişəcəyinə ümid etməməliyik”.
 

Google+ WhatsApp ok.ru