Şəhid ailələri aksiyanı təxirə saldı

Qarabağ müharibəsində şəhid olmuş, əlil olmuş və itkin düşmüş şəxslərin ailə üzvləri Milli Məclisin qarşısında  keçirəcəkləri etiraz aksiyasını təxirə salıblar.  Bu barədə "Şəhid ailələrinə Sosial Dəstək" İctimai Birliyinin rəhbəri Almaz Zeynalov məlumat verib.
 
Onun sözlərinə görə, şəhid ailələri Milli Məclisin üzvlərinə müraciət etdikdən sonra gözləmək mövqeyində qalmaq qərarına gəliblər.
 
Qeyd edək ki, şəhid ailələrindən bir qrupu əməkdaşımıza aksiyanın olacağı ilə bağlı məlumat vermişdi. Aksiyaçıların tələbi hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" qanununa uyğun olaraq onlara 11 min manat olan dövlət icbari sığorta pulu ödənilməsi ilə bağlı olacaqdı.  
 
Şikayətçilərin sözlərinə görə, 2010-cu ildən bu günə kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin varisləri və aldıqları xəsarətlərdən əlil olmuş şəxslərə ödənilməli olan dövlət icbari sığorta ödənişləri verilmir. faktxeber /

Google+ WhatsApp ok.ru