“Bank Technique”dən ipoteka krediti götürənlər ödənişi başqa banklara edəcəklər 12 Avqust 2015 01:00 İqtisadiyyat “Bank Technique”ASC-dən ipoteka krediti götürənlər ödənişi başqa banklara edəcəklər. Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondundan (AİF) “APA-Economics”ə verilən məlumata görə, artıq bununla bağlı kreditorlar məlumatlandırılır. “Bank Technique”ni əvəz edəcək müvəkkil banklar kimi “Dəmirbank” və “Nikoilbank” seçilib. Fonddan bildirilir ki, Azərbaycanda əksər banklar ipoteka ödənişləri ilə bağlı elektron hökumət portalına (APUS sistemi) qoşulub. Amma “Bank Technique” indiyə qədər bu addımı atmayıb. “Biz“Bank Technique”yə sistemə qoşulmaq üçün vaxt verdik. Amma hələ də bu texniki məsələ öz həllini tapmayıb. Buna görə də, müştərilərin ödənişləri daha rahat həyata keçirməsini təmin etmək üçün müştərilərin bir qisminin “Dəmirbank”ın, digər qisminin “Nikoilbank”ın APUS sistemi ilə ipoteka ödənişlərinin qəbul edilməsinə qərar verilib”, -deyə fonddan vurğulanıb. Qeyd edək ki, müştərilərin yönəldiləcəyi bank barəsində onlara məlumat veriləcək. Teqlər : #Bank Techniquedən ipoteka krediti götürənlər ödənişi başqa banklara edəcəklər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avro Azərbaycan manatına qarşı bahalaşıb Azərbaycan Dövlət Neft Fondu bu gün daha 8 mln. dollar itirib