Azərbaycan Dövlət Neft Fondu bu gün daha 8 mln. dollar itirib

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Çinin milli valyutası - yuanın devalvasiyasının davam etməsi səbəbindən bu gün daha 8 mln. ABŞ dolları itirib.
Avqustun 12-də Çin Mərkəzi Bankı yuanı daha 1,62% devalvasiya edib. Bu qərardan sonra ARDNF Çin istiqrazlarına 500 mln. dollarlıq yatırımı 8 mln. dollar dəyərdən düşüb. Dünənki devalvasiya da nəzərə alınmaqla, son iki gündə ARDNF-nin zərəri 18 mln. dollara yaxın olub.

Google+ WhatsApp ok.ru