“Qəbələ” və “Qarabağ” nəhənglərlə bir qrupda

Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.
 
Maide.az xəbər verir ki, Monako şəhərində keçirilən püşkatma mərasimində iki Azərbaycan klubunun da rəqibi müəyyənləşib.
 
Dünən “Panatinakos”u məğlub edərək qrup mərhələsinə yüksələn “Qəbələ”, yenə yunan klubu ilə qarşılaşmalı olacaq. Bu dəfəki rəqib isə PAOK olub. Qrupdakı digər iki klub Almaniya nəhəngi “Borussiya Dortmund” və Rusiyanın “Krasnodar” klublarıdır.
 
Püşkatmada “Qarabağ”ın rəqibləri isə daha çətin olub. Son ölkə çempionu “Tottenhem”, “Anderlext” və “Monako” kimi nəhənglərlə eyni qrupda yer alıb.
 
Qeyd edək ki, qrup mərhələsinin oyunları 17 sentyabr, 1 oktyabr, 22 oktyabr, 5 noyabr, 26 noyabr və 10 dekabrda keçiriləcək. Hər qrupda ilk iki yeri tutan komandalar 1/16 finala yüksələcək.
 
A qrupu: "Ayaks", "Seltik", "Fənərbaxça", "Molde"
 
B qrupu: "Rubin", "Liverpul", "Bordo",  "Sion"
 
C qrupu: "Borussiya" (D),  PAOK,  "Krasnodar", "Qəbələ" 
 
D qrupu: "Napoli",  "Brügge", "Legiya", "Mitdyuland"
 
E qrupu: "Vilyareal", "Viktoriya", "Rapid" "Dinamo" (Minsk)
 
F qrupu: "Marsel", "Braqa", "Slovan", "Qroningen"
 
G qrupu: "Dnepr", "Latsio", "Sent Etyen",  "Rusenborq"
 
H qrupu: "Sportinq", "Beşiktaş", "Lokomotiv",  "Skenderbeu"
 
İ qrupu: "Bazel", "Fiorentina", "Lex", "Belenenses"
 
J qrupu: "Tottenhem", "Anderlext", "Monako", "Qarabağ"
 
K qrupu: "Şalke", APOEL, "Sparta", “Asteras”
 
L qrupu:  "Atletik", "Alkmaar",  "Auqsburq", “Partizan”

Google+ WhatsApp ok.ru