`Qarabağ` ikinci dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib 28 Avqust 2015 01:00 İdman UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib. Azərbaycan çempionu “Qarabağ” öz meydanında İsveçrənin “Yanq Boyz” klubunu qəbul edib. Səfərdə qazanılan minimal hesablı qələbənin verdiyi üstünlüklə meydana çıxan ağdamlılar rəqibini mübarizədən kənarlaşdıraraq ötən il qazandığı uğuru yenidən təkrarlayıb. Matça fəal başlayan Qurban Qurbanovun yetirmələri artıq 4-cü dəqiqədə hesabı açıb. Braziliyalı Riçard Almeyda həmyerlisi Reynaldoya qarşı kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirib. İlk hissədə aşkar üstünlüyə malik olan ağdamlılar bir də hissənin sonlarında fərqlənib. İlk qolun səbəkarı Reynaldo bu dəfə özü fərqlənib. Bu qol 43-cü dəqiqəyə təsadüf edib. Təmsilçimiz oyunun ikinci hissəsində də üstün oyununu davam etdirib. 61-ci dəqiqədə Əfran İsmayılov hesab arasındakı fərqi 3 topa çatdıraraq darmadağının əsasını qoyub. Qalan dəqiqələrdə başqa qol olmayıb və böyükhesablı qələbə qazanan "Qarabağ" ikinci dəfə, həm də ardıcıl olaraq UEFA Avropa Liqasının qrup mərhələsində oynamağa haqq qazanıb. Bu həm də Azərbaycan futbolu tarixində bir ilkdi. UEFA Avropa Liqası Pley-off, cavab oyunları 27 avqust “Qarabağ” (Azərbaycan) – “Yanq Boyz” (İsveçrə) - 3:0 Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Baş hakim: Gediminas Majeyka (Litva) İlk oyun – 1:0 QOLLAR: Almeyda, 4 (pen); Reynaldo, 43; Əfran İsmayılov, 62 Qırmızı vərəqə: Stiv von Bergen, 3 Teqlər : #`Qarabağ` ikinci dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb “Qəbələ” və “Qarabağ” nəhənglərlə bir qrupda