​İstanbulda terror törədənlərin kimliyi açıqlanıb

​İstanbulda terror törədənlərin kimliyi açıqlanıb

Onlardan biri Rusiya vətəndaşıdır
 İstanbulun Atatürk adına Beynəlxalq Hava Limanında terror törədənlərin kimliyi məlum olub.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, onlardan biri Özbəkistan, biri Qırğız Respublikası, biri isə Dağıstan əsilli Rusiya vətəndaşıdır.
Qeyd edək ki, iyunun 28-də İstanbulda Atatürk hava limanında törədilən terror aktı nəticəsində həyatını itirənlərin sayı 43 nəfərə çatıb. Hadisədə daha 250-yə yaxın insan yaralanıb.

Google+ WhatsApp ok.ru